Yəhudilər “iPhone”u haram saydı

ay

İsraildə iri “Haredim” yəhudi icmasının ravvinləri “iPhone”u şər əməli sayıblar.

XALQ.AZ-ın məlumatına görə, keçən bazar yəhudi dini bayramı “Laq ba-Omer” qeyd edilən zaman bu populyar qacetin kütləvi yandırılması təşkil edilib. Həmin gün də təsadüfən seçilməyib. Bu bayramda yəhudi icması qara qüvvələri qovur.

Ortodoksal yəhudilərin fikrincə, “iPhone” pornoqrafiyanın, senzurasız xəbərlərin, dedi-qoduların yayılmasına imkan yaradır, çağdaş cəmiyyətin fəsadlarını genişləndirir.

Haredimə 1 mln-a yaxın ultraortodoksal yəhudi daxildir.