Yanukoviçin oğlunun qarajı

Avtoparkda təkcə eksklüziv zirehli Knight XV avtomobilin qiyməti 700 min dollardır

Ukraynanın müxalifyönlü “Sağ sektor”unun fəalları Kievdən 38 kilometr aralıda yerləşən Qostomeldə 12 eksklüziv avtomobilin saxlandığı avtopark aşkar ediblər. Avtomobillərin ümumi dəyəri isə təxminən 2 milyon dollardır.

“Sağ sektor”un rəhbərinin sözlərinə görə, bütün maşınlar burada fevralın 21-i gecə peyda olublar. Fəallar hesab edir ki, maşınlar kiçik Viktor Yanukoviçə məxsusdur.

Bütün avtomobillər polietilen örtüklə örtülü olub. Altı il əvvəl buraxılan eksklüziv zirehli Knight XV avtomobili də olub. Təkcə onun dəyəri 700 min dollardır.