YAP ciddi hazırlıq işləri görür

1

 

 

Yeni Azərbaycan Partiyası (YAP) həmişə olduğu kimi, bu ilin dekabrında da ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində yaxından iştirak etmək niyyətindədir.
Bu sözləri Baş nazirin müavini, YAP-ın sədr müavini–icra katibi Əli Əhmədov jurnalistlərə müsahibəsində söyləyib.
Əli Əhmədov deyib: “YAP-ın malik olduğu potensial, o cümlədən bələdiyyələrdə onun təmsilçilərinin gördüyü işlər mənəvi haqq verir ki, partiyamız yenidən bələdiyyə seçkilərində iştirak etsin. İnanırıq ki, YAP-ın növbəti bələdiyyə seçkilərində də irəli sürəcəyi namizədlər seçicilərimizin etimadını qazanacaq və növbəti beş ildə partiyanı təmsil edən nümayəndələr Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bələdiyyələrin işində yaxından iştirak edəcəklər”.
Əli Əhmədov bildirib ki, partiya seçkilərlə bağlı ciddi hazırlıq işləri görür. YAP-ın malik olduğu resurslar – insani, təşkilati resurslar seçkilərin yüksək səviyyədə keçirilməsinə cəlb edilir. Bir qayda olaraq, bütün bunlar seçkilərin uğurla nəticələnməsinə gətirib çıxarır.