YAP-dan 11000 nəfər MSK-da qeydə alınıb

yap

Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu il oktyabr ayının 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini müşahidə etmək üçün ölkənin bütün ərazisi üzrə müşahidə aparacaq 300-dən yuxarı nümayəndəsini MSK-ya təqdim etdib və onlar bu qurum tərəfindən müvafiq lövhəciklə təmin edilib. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, YAP tərəfindən 125 seçki dairəsinin hər birinə bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səs hüquqlu üzv təyin edilib və onlar da dairə seçki komissiyaları tərəfindən lövhəciklərlə təmin edilib.

Bundan əlavə, Seçki Məcəlləsinə uyğun olaraq YAP tərəfindən 5273 seçki məntəqəsinin hər birinə 5273 nəfər məşvərətçi səs hüquqlu və 5273 nəfər müşahidəçi təyin edilib və onlar dairə seçki komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərlə təmin olunublar.