YAP Gənclər Birliyinin iclası keçirilib

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin idarə heyətinin iclası keçirilib.

XALQ.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin tərkibi və nəzərdə tutulan bir sıra layihələrin və tədbirlərin iş planı müzakirə olunub.

Gənclər Birliyinin sədri Seymur Orucov iclasın gündəliyinə daxil olan məsələlər barədə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bir sıra mühüm tədbirlər həyata keçirməyi, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirməyi planlaşdırır.

İdarə Heyətinin iclasında təqdim edilmiş iş planlarına baxılıb, bununla əlaqədar fikir mübadiləsi aparılıb və iş planı qəbul olunub.