YAP GB-nın bir qrup üzvü Rusiya səfirliyində olublar

 

YAP GB-nın bir qrup üzvü Rusiya səfirliyində olublar

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup üzvü Rusiyanın Sankt Peterburq şəhərindəki metroda törədilmiş terror hadisəsi ilə əlaqədar Rusiya səfirliyində olublar. XALQ.AZ-ın verdiyi məlumata görə, gənclər terror hadisələri qurbanları üçün ayrılmış xüsusi guşəyə gül dəstələri qoyublar.

Daha sonra hadisələrə münasibət bildirən YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, milliyətindən, dinindən, irqindən, cinsindən aslı olmayaraq terror törədən şəxs hər kəs tərəfindən qınanmalıdır: “Terror bütün bəşəriyyətin faciəsidir. Harada, hansı formada törədilməyindən aslı olmayaraq terrora qarşı amansız mövqe tutulmalıdır. Biz, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq Rusiyada törədilən bu terror aktını şiddətlə qınayır, terror qurbanlarına, onların ailə üzvlərinə, bütövlükdə Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşürük”.