YAP uğurlar partiyasıdır

84

 

Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci il dönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və partiyanın gənc fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini – İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri olduğunu bildirib. YAP-ın Azərbaycan tarixində böyük rol oynadığını deyən Əli Əhmədovun sözlərinə görə, bu partiya Azərbaycan siyasi palitrasına yeni baxışlar gətirib.
«21 il öncə yaradılmış partiyamız Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyevdə əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. Ümumiyyətlə, partiyamız uğurlar partiyasıdır və ötən 21 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib» deyən YAP Sədrinin müavini 2013-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində partiyamızın liderinin növbəti möhtəşəm qələbə qazandığını vurğulayıb. Əli Əhmədov gələcəkdə də dövlətimizə və xalqımıza böyük faydalar verəcəyini qeyd edib.
Toplantıda daha sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı, YAP İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov çıxış edərək Yeni Azərbaycan Partiyasının 21 il ərzində keçdiyi yol haqqında fikirlərini bildirib.