YAP rəhbərliyi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

1

 

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü bağlı Fəxri Xiyabana gələrək dahi şəxsiyyətin məzarını ziyarət edib. SİA-nın məlumatına görə, ziyarətdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalubov və digər şəxslər Ümummilli Lilder Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarı önünə əklil qoyublar. Ziyarətçilər arasında millət vəkilləri, partiyanın sıravi üzvləri, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də olub.