Yardımlıda Zərifə Əliyeva anıldı (FOTOLAR)

YARDIMLI

Rayonda bir sıra obyektlərin açılışı oldu.

28 aprel 2014-cü il tarixində Yardımlı rayonunda mərhum akademik Zərifə Əliyevanın ad günü təntənəli sürətdə qeyd edilmişdir.

XALQ.AZ-a verilən məlumata görə rayonun mərkəzində yerləşən Akademik Zərifə Əliyeva adına 1 saylı Yardımlı Uşaq Bağçasının açılışı olmuşdur. Açılışda rayon icra hakimiyyətinin rəsmiləri, ziyalılar iştirak etmişdir. Tədbirdə geniş nitq söyləyən icra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov rayonda gedən quruculuq işlərindən, prezidentin uşaqlara göstərdiyi qayğıdan danışıb. Daha sonra körpə fidanlar Azərbaycana, vətənə, anaya həsr edilmiş şeirlər söyləyib, nəğmələr oxudular.

Yardimli-usaq

Daha sonra, Yardımlı şahmat məktəbində Akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş yeniyetmələr arasında rayon çempionatı keçirildi. Sonda qaliblərə mükafatlar, qiymətli hədiyələr verildi.

Sahmat

Yardımlı rayonunda yadda qalan digər hadisə isə yeni polis şöbəsinin açılışı oldu. Açılış mərasimində Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı  Əsgər Ələkbərovun iştirak etdi. RPŞ rəisi, polis palkovniki Nadir Məmmədov nazir müavinini yeni inzibati binası  ilə tanış etdi.

 

Yardimli-polis-1

Tədbir rayon ziyalıları ilə süfrə arxasında yekunlaşdı.