Yarıçılpaq qadın damda polisi gözlədi (VİDEO)

ABŞ-da yaşayan bir qadın qorxu dolu anlar yaşayıb.

XALQ.AZ-ın məlumatına görə, ABŞ-ın Los Anceles şəhərində küçədə hərəkət edən bir nəfər yaxınlıqdakı evin damında gənc bir qadının gizlənməyə çalışdığını görüb və mobil telefonu ilə gördüklərini çəkməyi bacarıb.

Melora Rvera alı 29 yaşlı həmin qadın evinə girən adamdan qorxaraq damda gizlənməyə çalışıb. O, burada polisə zəng edərək kömək istəyib. Dərhal Haidsə yerinə polis qüvvəsi cəlb olunub.

Polislərin köməyi ilə qadın damdan düşürülüb. Evə girən naməlum şəxs isə yaxalanaraq polis bölməsinə aparılıb.

Şübhəlinin evə nə məqsədlə girdiyi bilinmir.