Yasamala yeni icra başçısı təyin olunub?

yass

 

Yasamal rayon İcra Hakimiyyətində olduqca maraqlı və təhlükəli vəziyyət yaranıb.  İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov 5 oktyabr Müəllimlər Günü ilə bağlı məktəb direktorlarına, və müəllimlərə verdiyi fəxri fərmanlarda özünü rayonun icra başçısı kimi təqdim edib.

Halbuki, Yasamal rayon İcra Hakimiyyətinə yeni icra başçısının təyinatı Prezidentin səlahiyyətində olan məsələdir və bununla bağlı hər hansı sərəncam verilməyib.

Belə bu durumda isə olduqca qəribə vəziyyət yaranır… Görünür,  Səməd İslamovun icra başçısı olmaq arzusu ona o qədər güc gəlib ki, hətta Prezident sərəncamı olmadan belə özünə yeni “təyinat edib”….

Похожее изображение

Qeyd edək ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevin 1 iyul 2017-ci il tarixli sərəncamı ilə tutduğu vəzifədən azad edilib.(editor.az)

 

Scroll to top