Yasamalda partlayış

Partlayis

Yasamal rayonuda yerləşən 18 mərtəbəli binada yanğın baş verib.

XALQ.AZ-ın məlumatına görə, ötən gecə paytaxtın Yasamal rayonu Kərim Kərimzadə küçəsi, bina -123, blok -1 də qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğından əvvəl güclü partlayış səsi eşidilib. Daha sonra alov yuxarı mərtəbələri bürüyüb. Hadisədən dərhal sonra əraziyə FHN-nin 3 yanğın söndürən maşını cəlb olunub. Binadan 20 sakin təxliyyə olunub. Onların dediyinə görə, baş verən alov nəticəsində mənzilləri tüstü bürüyüb, nəfəs almaq mümkün olmayıb. Sakinlər köməksiz vəziyyətdə qalmış ailə üzvlərini binadan çıxarmağa çalışıb. Yanğın zamanı ölən olmasada mənzilində köməksiz qalmış 10 nəfər xilas edilib. Onlardan biri tüstüdən zəhərləndiyindən ona təcili olaraq həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hadisə baş verən binaya müvəqqəti olaraq elktrik enerjisinin verilişi dayandırlıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yaranan qısa qapanma olub. Elektrik şitlərində başlanan alov mənzillərin bir neçə sayğacınında yanmasına səbəb olub. Yanğın bir müddətdən sonra tamamilə söndürülüb.

Əraziyə Dövlət Yanğın Nəzarət Xidmətinin tətqiqat qrupu cəlb olunub və araşdırmalara başlanılıb. Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi aparılacaq tətqiqat işlərindən sonra məlum olacaq.