Yasamalın mərkəzində rəzalət-Fotolar

ibrahim 1

 

Yasamal rayon İcra Hakimiyyətinin binasından cəmi 130 metr məsafədə yerləşən park var. Parkın 2008-ci ilin sentyabrında təmirdən sonra açılışı olmuşdu. Parkın mərkəzində Azərbaycan bayrağı dalğalanır. Amma bu gün həmin bayraq baxımsız qalıb.

FaktXəbər-in məlumatına görə, bir həftədən artıqdır yarısını külək cırmış Azərbaycan bayrağına nə baxan var, nə də dəyişdirən. “Baxan yoxdur” ona görə deyirik ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı və ya müavinləri gündə heç olmasa bircə dəfə isti otaqlarının pəncərəsindən görünən o bayrağa baxsaydılar, çoxdan cırılmış bayrağı görər və dəyişdirərdilər.

Scroll to top