“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Prezidentin Fərmanı

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 23; 2003, № 9, maddə 484; 2008, № 8, maddə 713; 2009, № 7, maddə 532) aşağıdakı dəyişikliklər edilsin:

  1. 2.1-ci bənddə “1-ci bəndinin üçüncü abzasında, 23-1-ci və 23-2-ci bəndlərində” sözləri “1-ci maddəsinin üçüncü hissəsində, 18-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, üçüncü hissəsində və altıncı hissəsinin birinci cümləsində, 23-1-ci və 23-2-ci maddələrində” sözləri ilə əvəz edilsin.

  2. 2.2-ci bənd üzrə:

2.1. “və 18-ci bəndlərində, 20-ci bəndinin birinci abzasında, 21-ci, 22-ci və 23- cü” və “və 6” sözləri çıxarılsın;

2.2. “bəndinin” (hər dörd halda), “bəndlərində” (hər iki halda) və “bəndində” sözləri müvafiq olaraq “maddəsinin”, “maddələrində” və “maddəsində” sözləri ilə əvəz edilsin.

  1. 2.3-cü bənddə “10-cu bəndinin birinci abzasında və “a”, “e” yarımbəndlərində, habelə 24-cü bəndində” sözləri “10-cu maddəsinin birinci abzasında və “a” bəndində, habelə 24-cü maddəsində” sözləri ilə əvəz edilsin.

  2. 2.4-cü və 2.5-ci bəndlərdə “bəndinin” və “yarımbəndində” sözləri müvafiq olaraq “maddəsinin” və “bəndində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il.