“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 23; 2003, № 9, maddə 484; 2008, № 8, maddə 713; 2009, № 7, maddə 532) aşağıdakı dəyişikliklər edilsin:
- 2.1-ci bənddə “1-ci bəndinin üçüncü abzasında, 23-1-ci və 23-2-ci bəndlərində” sözləri “1-ci maddəsinin üçüncü hissəsində, 18-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, üçüncü hissəsində və altıncı hissəsinin birinci cümləsində, 23-1-ci və 23-2-ci maddələrində” sözləri ilə əvəz edilsin.
-
2.2-ci bənd üzrə:
2.1. “və 18-ci bəndlərində, 20-ci bəndinin birinci abzasında, 21-ci, 22-ci və 23- cü” və “və 6” sözləri çıxarılsın;
2.2. “bəndinin” (hər dörd halda), “bəndlərində” (hər iki halda) və “bəndində” sözləri müvafiq olaraq “maddəsinin”, “maddələrində” və “maddəsində” sözləri ilə əvəz edilsin.
- 2.3-cü bənddə “10-cu bəndinin birinci abzasında və “a”, “e” yarımbəndlərində, habelə 24-cü bəndində” sözləri “10-cu maddəsinin birinci abzasında və “a” bəndində, habelə 24-cü maddəsində” sözləri ilə əvəz edilsin.
-
2.4-cü və 2.5-ci bəndlərdə “bəndinin” və “yarımbəndində” sözləri müvafiq olaraq “maddəsinin” və “bəndində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2013-cü il.