YAY FESTIVALI 2 KEÇIRILIB

Festivalda gənc istedadlar ilə tanınmış simalar bir araya gəlib. Festivalın şərtinə görə hər bir iştitakçı iki mahnı oxuyub. Ümumi olaraq festivala 12 iştirakçı qatılıb. Ancaq bunlardan 2-si, İsveçdə təşkil olunacaq tədbirə dəvət alacaq. Hələ ki, həmin iştirakçıların adı məxfi saxlanılır. 7 gündən sonra İsveçə vəsiqə qazanan iştirakçıların adı bəlli olacaq.

Yüksək səs diapazonu ilə Rasimə hər kəsi heyrətləndirməyi bacarıb. Münsif Vüqar Əhməd Rasimənin səsini Azərbaycan opera sənətinin korifeyləri ilə müqayisə edərək, onu Fidan Qasımovanın gəncliyinə bənzədib.
Festivalda Elza Seidcahanın oğlu Ələkbərin iştirakı gözlənilsə də, tələbəsi Ağa Hüseynov qatılıb və müəlliməsinin “Düşünmə” mahnısı ilə çıxış edib. Nailə Mirməmmədlinin tələbələrindən Mirəhməd Əhmədzadə, Ayaz Balayev, Rauf Bədəlzadə və bəstəkarın “Səmum” qrupu da festivalda çıxış ediblər.
Flora Kərimova, Elza Seyidcahan, Kərim Abbasov, Hüseyn Dərya gənclərə dəstək olub, səhnəyə çıxaraq mahnılarını ifa ediblər.
“Yay festivalı 2”-nin münsiflər kürsüsündə Nailə Mirməmmədli, Elza Seyidcahan,Vüqar Əhməd, Fəxriyyə Xələfova ilə yanaşı, “Qafqaz İctimai Birliyi” ndən Azadə Taleh Abbasqızı və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü İkram Abdullayev də əyləşib.
Qeyd edək ki, tədbirin aparıcıları Elnarə Təhməzova, Elgiz Əkbər və Murad Əzimzadə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir