Yazıçı havada yaşamalıdır (FOTO)

K-1

Amerikalıların fikrincə, yaradıcı insan, daha dəqiq desək, yazıçı göydə yaşamalıdır.

Xalq.az-ın məlumatına görə, Vaşinqtonun “Blank Studio” memarlıq bürosu ideal yazıçı evinin necə olması barədə çox düşünüblər və yaradıcı şəxs üçün havadan asılı olan ev hazırlayıblar.

Mütəxəssislərinin fikrincə, əsl ədəbiyyat insanı metal troslarla möhkəmlənmiş konstruksiyada yaşamalıdır. 2 mərtəbəli ev zahirən kiçik görünsə də, içərisi kifayət qədər genişdir. Evin əsas aksessuarları isə təbii ki, kitab rəfləri, stollar və pəncərə qarşısındakı yumşaq stuldur.

Psixoloqların fikrinə gəlincə isə, xəyalları və təxəyyülləri ilə adi insanlardan seçilən yaradıcı insanlar, özlərini belə evdə daha komfort hiss edəcəklər. Bu da onların səmərəli işləməsinə təkan verəcək.

K-2

K-3

K-4

K-5

K-1