“Yeni Həyat” müflis elan edildi

“Yeni Həyat” MMC müflis elan olunub. Fins.az xəbər verir ki, bununla bağlı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2-2(82)-41/17 nömrəli qətnaməsi ilə MMC (VÖEN:1500011251) müflis elan edilib. Əliyev Elşən Qəni oğlu “Yeni Həyat”ın əmlak inzibatçısı təyin edilib. Qeyd edək ki, “Yeni Həyat “ MMC-nin (iflas prosesində olan ) kreditorlarının ilkin yığıncağı 12 sentyabr 2017-ci il saat 9.00-da Bakı şəhəri, Ə.Dəmirçizadə küçəsi 16 nömrəli ünvanda keçiriləcək.