Yeni icra başçısı təqdim edildi

Agdam

Ağdam Rayon İcra Hakimiyyətinin yeni başçısı Raqub Məmmədov rayon ictimaiyyətinə təqdim edilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini – Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin sədrlik etdiyi tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Sadıqov və sözügedən quruma yeni rəhbər təyin olunmuş Raqub Məmmədov çıxış ediblər.

Nizami Sadıqov Raqub Məmmədova uğur diləyib və indiyədək rayonda görülməmiş işlərin müvəffəqiyyətlə həyata keçiriləcəyinə inandığını bildirib. Raqub Məmmədov isə deyib ki, prezident İlham Əliyevin ona göstərdiyi etimadı doğrultmağa çalışacaq və əhalisinin yarıdan çoxu məcburi köçkün həyatı yaşayan Ağdamın inkişafına yerli ziyalı potensialının bilik və bacarığının cəlb olunmasına çalışacaq.