Yeni ili azərbaycanlı sevgilisi ilə Dubayda keçirəcək

05

 

Türkiyəli müğənni Ebru Polad Yeni il gecəsi heç bir restoranda səhnəyə çıxmayacaq.

Axşam.az-ın məlumatına görə, müğənni həmin gecə üçün təklif olunan 35 min lirədən (təxminən, 14 min AZN) də imtina edib.

O, bayramı ailəsi və sevdiyi ilə Dubayda qarşılayacaq.

Qeyd edək ki, Ebru Polad sevgilisinin azərbaycanlı olduğunu və Dubayda yaşadığını bildirmişdi.