Yeni nazir kimdir? -PA-nın şöbə müdirinin oğlu,keçmiş səfir-Fotolar

parvizz

Xəbər verdiyimi kimi bu gün ölkə başçısının imzaladığı sərəncamla , Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

Yeni təyin olunan nazir, haqqında məlumat:

Azərbaycanın yeni təyin olunan nazir  Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci avqust ayından 2016-ci ilin senytabr ayınadək Azərbaycanın Almaniyadakı fövqaladə  və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Ailəlidir, iki övladı var.
Pərviz Şahbazov  ingilis, alman və rus dillərini bilir.

Картинки по запросу oqtay şahbazov

XALQ.AZ xəbər verir ki, yeni təyin olunan nazir  Pərviz Şahbazov  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsinin  müdiri Oqtay Şahbazovun oğludur.

Картинки по запросу pərviz şahbazov

Картинки по запросу pərviz şahbazov

Картинки по запросу pərviz şahbazov

 

Похожее изображение

Картинки по запросу pərviz şahbazov

Картинки по запросу pərviz şahbazov

 

 

Scroll to top