Yeni nazir Ombudsmanın təklifinə münasibət bildirib

Təhsil naziri Ceyhun Bayramov Ombudsman Elmira Süleymanovanın məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklifinə münasibət bildirib.
XALQ,AZ xəbər verir ki,  nazir jurnalistlərə bildirib ki, 2017-ci ildə Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” qanun qəbul edilib. Məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb və normativ hüquqi aktlar formalaşıb.

“Hazırda təhsilin məzmunu ilə bağlı əhəmiyyətli işlər həyata keçirilir. Qanunvericilikdə məktəbəqədər təhsil üzrə ayrı-ayrı qurumların səlahiyyətləri, onların funksiyaları tamamilə açıq şəkildə göstərilib. Qanunvericilikdə qeyd olunub ki, məzmuna görə, məktəbəqədər təhsil müəssisələrinin saxlanılmasına görə səlahiyyətlər, onların funksiyaları hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir. Eyni zamanda, özəl məktəbəqədər təhsil müəssisələrin mövcudluğu, onların bütün funksiyaları da göstəriıib. Hesab edirəm ki, Azərbaycanın qanunvericiliyində bütün bunlar çox dəqiq formada öz əksini tapıb”.

Elgün