Yeni nazirin müşavirlərinin sayı artırıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirləri postları təsis olunub.

 

XALQ.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, bununla bağlı yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Belə ki, nazirin 8 müşaviri olacaq. Artıq bu yerlərin əksəriyyətinə təyinatlar olub. Təyin edilən şəxslər sosial sahəyə bağlı olmayan İqtisadiyyat Nazirliyində çalışmış şəxslərdi. Beləliklə yeni nazirin 4 müavini ilə yanaşı 8 müaşviri olacaq.

Qeyd edək ki, əvvəllər əmək və əhalinin sosial müdafiəsi nazirinin cəmi bir müşaviri olub.

 

Orxan