Yerin oxşarı tapıldı

Yer

Yerlə eyni funksiyalara malik bir planet aşkarlanıb.

XALQ.AZ-ın məlumatına görə, Porto Rikoda yerləşən “Arecibo” Rəsədxanası 16 işıq ili uzaqlıqda indiyədək məlum olmayan planet tapıb.

Kontinental atmosferə malik planet, istilik və enerji xüsusiyyətləri ilə “yaşamağa əlverişli” yerdir. Planetdə, dünyadakı kimi fəsillər müşahidə olunur. Ancaq burada fəsillər çox sürətli və tez təkrarlanır.

Məlumatda qeyd edilir ki, Yerdən beş dəfə böyük olan “Gliese 832c” planeti ulduzunun ətrafındakı bir dövrəni 36 gündə tamamlayır. Planet ulduzuna yaxın olduğu üçün işıqlı olur, müəyyən istilik də ala bilir.