Yığmamızın Avropa Liqasında oyunlarının təqvimi dəqiqləşib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında oyunlarının təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparacaq Faiq Qarayevin yetirmələri yarışa Ukrayna yığması ilə başlayacaq.

 

Voleybolçularımız ardınca müvafiq olaraq, Portuqaliya və Bolqarıstanla üz-üzə gələcək.

 

Mayın 19-da start götürəcək qrup mərhələsi iyunun 6-da yekunlaşacaq.

 

Qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 14-15-də “Dördlər finalı”nda mübarizəni davam etdirəcəklər. B qrupunda Xorvatiya, Finlandiya, Macarıstan, Fransa, C qrupunda isə Slovakiya, Belarus, İspaniya və Çexiya milliləri yarışacaqlar.

 

Yığmamızın yer aldığı A qrupunun təqvimi belədi:

 

19-20 may

I tur

Bolqarıstan – Portuqaliya

Azərbaycan – Ukrayna

 

23 may

II tur

Bolqarıstan – Ukrayna

Azərbaycan – Portuqaliya

 

26-27 may

III tur

Portuqaliya – Ukrayna

Bolqarıstan – Azərbaycan

 

30 may

IV tur

Azərbaycan – Bolqarıstan

Ukrayna – Portuqaliya

 

2-3 iyun

V tur

Ukrayna – Bolqarıstan

Portuqaliya – Azərbaycan

 

6 iyun

VI tur

Ukrayna – Azərbaycan

Portuqaliya – Bolqarıstan

Rəsul