Yol polisi saxladığı avtomobildən silah tapdı

Tapanca

Bakıda avtomobildən tapança aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Bünyad Sərdarov küçəsində qeydə alınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Azər Ömərov xidmət aparan zaman Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Cavid Telman oğlu Məmmədovun idarə etdiyi 90-SU-073 dövlət nömrə nişanlı avtomobili qayda pozduğuna görə saxlayıb.

Avtomobildən tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.