Yük maşını yandı

Yandi

Azərbaycanda yük maşını yanıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə Bərdə rayonunda baş verib.

Belə ki, rayon mərkəzindən 19 km aralıda yerləşən Qaradəmirçi kəndində vətəndaşa məxsus “Qaz” markalı yük avtomobili yanıb.

Yanğın zamanı avtomobilin banına yığılmış 1,2 ton ot bağlaması da yanıb.

Qoşqu və qoşquya yığılmış 4,2 ton ot bağlaması yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.