ZƏHƏR tacirləri məkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirərək satmaq istəyən dəstə üzvləri – Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun məhkəməsi başlayıb.

XALQ.AZ-ın verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hazırlıq iclası İclasda təqdirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses yanvarın 22-də davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər 2017-ci il martın 15-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıb. Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddələri aşkar edilərək götürülüb. Onların məqsədi psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etmək olub.