Zərdabda sahibkarlara əlavə “rusum”

25

İcra Başçısının nümayəndəsi rayon ərazisində  fəaliyyət göstərən ticarət obyektlərindən pul yığır.

 

 Zərdab rayonunda bayram qabağı durum gərginləşməkdədir. Bu barədə Xalq.az-a rayon sakinləri məlumat verib. Sakinlər bildirir ki, icra hakimiyyətinin başçısı Lütvəli Babayev   rayon ərazisindəki obyektlərə əlavə rusum tətbiq edib. Sakinlər redaksiyamıza yazırlar: «Lütvəli Babayev  adından muavini Allahverdi Səfərov və  rayonun baş memarı Şahid Əhmədov   bu həftədən, etibarən rayon mərkəzində və digər ərazilərdəki obyekt sahiblərinə xəbərdarlıq edilib. Əslində xəbərdarlıqlarının mahiyyəti aydındır. Hər bir sahibkardan  vergidən əlavə rusum yığılır.

 

 Xatırladaq ki, hələ bu ilin 12 fevral tarixində prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən müşavirədə də bu məqama toxunulmuşdu və icra başçılarına xitab edən dövlət başçısı sərt şəkildə bildirişdi ki, heç bir icra başçısı hansısa sahibkarı zorla hansısa prosesə cəlb edə bilməz.

 

 Amma görünür, Lütvəli Babayev üçün bu kimi xəbərdarlıqlar yetərsizdir. Elə bunu ifadə edən rayon sakinləri müraciətlərində qeyd edirlər ki, artıq bir neçə sahibkardan 2000-3000 manat arası pul toplanılıb: «Hər kəs bu pulu vermək zorundadır. Yoxsa obyekti bağlana bilər. Düzdür, bunu açıq şəkildə ifadə etmirlər. Amma biz nələrin baş verəcəyini yaxşı bilirik».

Sahibkarlardan əlavə “rusum” adından alınan pullar rayonda bayram tədbirlərinin keçirilməsində və əztəminatlı ailələrə yardım olunacağı kimi bildirilir.

 

 Qarşı tərəflə əlaqə saxlasaqda telefon dəstəylərini qaldıran olmadı ,və qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq