Zərdabda yoxlama

zardab

Maliyyə Nazirliyi rayonda genişmiqyaslı yoxlamalara başladı

İcra başçısına qarşı 95 min manatlıq iddia

Maliyyə Nazirliyi Zərdab rayonunda genişmiqyaslı yoxlama aparır. Yoxlamaya səbəb icra başçısı Lüfəli Babayevin iddiası əsasında həbs olunaraq 4,6 ay azadlıqdan məhrum edilən Şəfəq Səfərəliyevanın həyat yoldaşı Yaqub Səfərəliyevin şikayəti olub. Yaqub Səfərəliyev AzNews.az-a bildirib ki, Maliyyə Nazirliyi, Respublika Prokurorluğu və digər dövlət qurumlarına şikayət ərizəsi ilə müraciət edib: “Şikayətimdə bir çox faktlar yer alıb. Təkcə bir faktı göstərim ki, rayonda əvvəllər Mənzil İstismar İdarəsinin məxsus binanın təmiri üçün Əkbərov Əli adlı bir nəfərə dövlət büdcəsindən 95 min manat ayrılıb. Ancaq bu vəsait mənimsənilib, bu vəsait müqabilində binada ancaq dam örtüyü dəyişdirilib. İcra başçısı Lütfəli Babayevin göstərişi olmadan bu vəsait ayrıla bilməzdi. Çünki Əli Əkbərov Lütfəli Babyevin yaxın adamıdır, ondan həmişə istifadə edir”.
Y.Səfərəliyevin sözlərinə görə, hazırda rayonda Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılır: “Çox ciddi yoxlama aparırlar. Məni də çağırıblar, gedib izahat vermişəm. Məndən başqa da şikayətçilər var, yəqin ki onları da çağıracaqlar”.

Qeyd edək ki, Şəfəq Səfərəliyeva icra başçısı Lütfəli Babayevi ona təcavüz etməkdə ittiham edib. Ş.Səfərəliyevanın ona böhtan atdığını bildirən icra başçısının müraciəti əsasında Yasamal rayon məhkəməsi qadının 4,6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.