Zakir Həsənov müdafiə nazirləri ilə konsertdə

Rusiyanın Tuva Muxtar Respublikasının paytaxtı Kızıl şəhərində MDB-yə üzv ölkələrin müdafiə nazirləri şurasının iclasında iştirak edənlər üçün konsert proqramı təşkil olunub.
XALQ.AZ  istinadən xəbər verir ki, konsertdə Tuva milli balet ansamblının artistləri və musiqiçiləri “Sayana” rəqsini ifa ediblər. Həmçinin “Oktay” uşaq folklor ansamblı və “KHOOMEI BEAT” musiqi qrupu çıxış ediblər.

Konsert proqramında Azərbaycanın müdafiə naziri Zakir Həsənov da iştirak edib.

Qeyd edək ki, bu gün MDB-yə üzv ölkələrin müdafiə nazirləri şurasının iclası keçirilir. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistan və Monqolustanın müdafiə naziri fəxri qonaq qismində iştirak edir.

İclasda təhlükəsizlik və müdafiə sahəsində çoxtərəfli əməkdaşlığın kompleks məsələləri müzakirə olunacaq. Həmçinin, nazirlər 2020-ci ilədək hərbi əməkdaşlıq konsepsiyasının icra olunması istiqamətində atılan addımları təhlil edəckələr.

 

Zakir Həsənov müdafiə nazirləri ilə konsertdə - FOTOLAR

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir