Zakir Həsənov irad tutdu

Azərbaycanın müdafi naziri, general-polkovnik Zakir Həsənov bəzi media qurumlarında gedən xəbər başlıqlarından narahatlığını ifadə edib.
XALQ.AZ xəbər verir ki, Müdafiə naziri bu gün keçirilən mətbuat konfransında bildirib ki, bəzən xəbərlərin başlığı insanlarda narahatlıq yaradır.

“Yazırlar ki, “12 əsgər şəhid oldu”. Başlıqda qeyd etmək lazımdır ki, hansı ölkədə olub. Belə xəbərlər əsgər valideynlərini narahat edir. Bunlara diqqət etmək lazımdır”.

Nazir, həmçinin qeyd edib ki, KİV böyük bir qüvvədir.

Orxan