General toplantıya gedir

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcəkdir.

 

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən xəbərə görə, Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcəkdir.

Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaqdır.

 

 

Orxan