Zakir Qaralov ciddi tapşırıqlar verdi

Baş prokuror Zakir Qaralov Baş Prokurorluğun struktur qurumları tərəfindən 2017-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş bugünkü əməliyyat müşavirəsində bildirib ki, ötən il respublikada ictimai rezonansa səbəb olan ağır cinayətləri törədən şəxslər ifşa olunub.

Zakir Qaralov ictimai rezonans doğuran cinayətlər haqqında danışdı

XALQ.AZ-ın Baş Prokurorluğun saytına istinadən məlumatına görə, o qeyd edib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilib: “Ötən il digər hüquq-mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri ilk növbədə Prezident İlham Əliyevin göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib”.

Z. Qaralov həmçinin qeyd edib ki, prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi, 2017-ci ildə də ölkədə korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.