Zakir Qaralov vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il fevralın 16-da saat 10:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluqdan XALQ.AZ-a verilən xəbərə görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.