Zaur Rzayevin üzərindən narkotik tapıldı

narkot

Xalq.az  SİA-ya istinadən məlumat verir ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik gətirən şəxs saxlanılıb. Dövlət Gömrük Komitəsindən verilən  məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Zaur Rzayevin üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bağlamada, xalis çəkisi 100,5 qram olan narkotik vasitə – tiryək aşkar olunub.