Zavodlar özəlləşdirilir

mehk

 

Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirməyə yeni açılan dövlət müəssisə və obyektlərinin siyahısını təqdim edib.

Komitədən XALQ.AZ-a verilən məlumata görə, bunlar Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş, dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərdir.

Özəlləşdirməyə təqdim edilən obyektlər arasında Bakı Fəhləsi Maşınqayırma, Bakı Neft Maşınqayırma, Bakı Neftqazmədən Avadanlıqları və Zabrat Maşınqayırma zavodu da var.

Həmçinin Azəralüminium ASC, Mərkəzi Dənizçilər Xəstəxanası, Şəki Gənclər İdman İdarəsinin İdman Sağlamliq Mərkəzi, uşaq bağçası, Balaxanı Maşınqayırma zavodu, Suraxanı Maşınqayırma zavodu, Səbail Maşınqayırma zavodu və Sabunçu Elmi-İstehsalat Birliyi də daxildir.

Scroll to top