“Zerkalo” qəzeti ləğv edilir

46

 

“Qərarımız sırf maliyyə çətinlikləri ilə bağlıdır”.

Azərbaycanda dərc olunan gündəlik rusdilli “Zerkalo” qəzeti gələn həftədən etibarən dövriliyini azaldacaq.

Xalq.azxəbər verir ki, bu barədə qəzetin baş redaktoru Elçin Şıxlı  bildirib.

O, bildirib ki, maliyyə problemləri ilə əlaqədar “Zerkalo” bundan sonra həftədə bir dəfə işıq üzü görəcək.

“Müsətqil şəkildə, yalnız satışdan əldə edilən gəlirlər gündəlik qəzet buraxmaq və həm də qazanmağın mümkün olmadığını görürük. Buna görə də dövriliyimizi azaltmaq qərarına gəlmişik”, deyə Elçin Şıxlı qeyd edib.

Baş redaktor qəzetin Azərbaycan dilində versiyası olan “Ayna” qəzetinin də dövriliyini azaldaraq, həftədə bir dəfədən ayda bir dəfəyə keçəcəyini bildirib.

Bu qərarın qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə nə dərəcədə əlaqədar olduğuna dair suala Elçin Şıxlı belə cavab verib:

“Rauf Mirqədirov qəzetin gözü-duzudur. Onun yazıları qəzet üçün çox önəmçlidir. Bu mənada təbii ki, Mirqədirovun həbsi qəzetin işinə təsir göstərib. Amma dövriliyimizi azaltmağın bununla əlaqəsi yoxdur. Bizə hər hansı təzyiq də yoxdur. Qərarımız təkrar edirəm ki, sırf maliyyə çətinlikləri ilə bağlıdır”.