Ziyad Səmədzadə valyuta ehtiyatlarımızdan danışıb

“Azərbaycanın valyuta ehtiyatları onun xarici borcunu 4-5 dəfə üstələyir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

“Biz bu xarici valyuta ehtiyatlarını düşünülmüş siyasət nəticəsində özümüz yaratmışıq. Belə bir siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan ayları iqtisadi fəallıqla müşahidə olunub. Görülmüş işlər nəticəsində dövlət büdcəsinin parametrləri əhəmiyyətli dərəcə yaxşılaşacaq. Yeni qanun layihəsinin qəbulu adambaşına düşən büdcə xərclərinin artmasına da təsir göstərəcək. Dövlət Gömrük Komitəsində (DGK) proqnozlar kifayət qədər uğurla icra olunur. Sahibkarlar onlar üçün yaradılımış imkanlardan, şəffaflıq istiqamətində görülən işlərdən çox məmnundurlar. Bütün bunlar Azərbaycanın potensial imkanlarını genişləndirir. Şəffaflığın artırılması, biznes mühitinin yaxşılaşması, sahibkarlar üçün yeni imkanların yaradılması və digər bu kimi məsələlər büdcənin dürüstləşdirilməsində nəzərə alınıb. İqtisadi strukturlar – Vergilər və Maliyyə nazirlikləri, DGK və digər əlaqədar qurumlar arasında əlaqələrin təkmilləşməsini təmin etsək, inkişaf imkanlarımız daha çox olar. Birgə əməkdaşlıq qrupunun yaradılması Azərbaycanın iqtisadi həyatında investisiya mühitinin yaradılmasını şərtləndirir”, – o qeyd edib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.