Ziyafət Əsgərov: “Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə dünyanın demokratikləşən ölkəsinə çevirilib”

“Ümummli liderin rəhbərliyi dövründə islahatların hüququ bazası yaradılıb, insanların hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilib, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi mqəsədilə xeyli tədbirlər həyata keçirilib”.

 

XALQ.AZ xəbər verir ki, bu sözləri birinci vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.

Z.Əsgərov onu da vurğulayıb ki, bu gün İlham Əliyev Heydər Əliyevin hakimiyyəti illərində əldə edilən uğurların miqyasını daha da genişləndirir:
“İqtisadi inkişaf üçün hüquqi baza və islahatlar əlverişli biznes mühitini yarada bilər. Demokratik sistemin aliliyini təmin edən ölkələr daha sürətli inkiaşfa nail olur. İqtisadi inkişafı hüquqi islahatlarla birlikdə həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyduqda həmin ölkələrdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur.

İlham Əliyev president seçildikdən sonra əldə edilən iqtisadi uğurlar beynəlxalq qiymətləndirmələrlə təsdiq edilib. Yoxsulluq səviyyəsinin azaldılması, təhsil və səhiyyə islahatları əhəmiyyətli dərəcədə yaxşılaşdırılır. Bu inkişafı şərtləndirən  amillər İlham Əliyevin islahatlar konsepsiyasının tərkib hissəsi olub. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək məhkəmə iznibati idarəçilik və kadr islahatları həyata keçirilir. Prezident İlham Əliyevin hakimiyyəti illərində illərində məhkəmə sistemi daha da təkmilləşdirildi.İqtisadi fəaliyyətin subyektləri ilə cəmiyyətin sosial rifahı bir-biri ilə ziddiyyət təşkil etməsə də onu qorumaq heç də asan deyil”.

Z.Əsgərovun sözlərinə görə, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev tərəfindən ordu quruculuğunda həyata keçirdiyi tədbirlər bu gün  İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan ordusu regionun ən güclü ordusu olmaqla xalqımıza güvən hissi verir. Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf edən, demokratikləşən və yeniləşən ölkəsinə çevrilib, beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bir sıra siyasi dairələr və onların maraqlarına xidmət edən təşkilatlar, antimilli ünsürlər tərəfindən aparılan qara piyara baxmayaraq Azərbaycan tam müstəqil siyasət yeridən ölkə olduğunu nümayiş etdirir”.

 

 

Orxan