Zorlanmanın qarşısı belə alınacaq

Zorlama

Qadınlara qarşı zorakılıq və zorlanma faktlarının tez-tez baş verdiyi ölkələrdən biri olan Hindistanda buna qarşı tədbirlər görülür.

XALQ.AZ-ın məlumatına görə, Hindistanın Varanasi şəhərində yaşayan iki gənc qız zorlanmanın qarşısını alaraq qadınları qoruyan cins şalvar hazırlayıblar.

Qiyməti 25 rupi (0,32 qəpik) olan bu cins şalvarı geyinən qadına kimsə zor tətbiq eləməyə çalışsa, dərhal yaxınlıqdakı polis bölməsinə həyəcan siqnalı göndəriləcək. Çünki şalvara xəbərdarlıq göndərən elektron cihaz yerləşdirilib. Həmin elektron cihaz polisə xəbər göndərməklə yanaşı, həm də hücuma uğrayan qadının olduğu yeri bildirəcək.

Sözügedən şalvarın hazırlayan 21 yaşlı Dikşa Pathak və 23 yaşlı Anjali Srivastava hind mediasının marağını cəlb ediblər. Onlar elektron ünsiyyət fakültəsi tələbələridir.

Qeyd edək ki, statistikaya əsasən Hindistanda hər 22 dəqiqədə bir zorlanma faktı baş verir.