Əbülfəs Qarayev qəbul keçirəcək

Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək.

XALQ.AZ xəbər verir ki, Nazirlikdən  verilən məlumata görə, qəbul avqustun 31-də, saat 10ºº-da rayonun Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi 1) olacaq.

Görüşdə Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşların nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazılmaları mümkündür.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin müvafiq rayonların Mədəniyyət şöbələrinə müraciət edə bilərlər.

 

 

Orxan