Əfqanıstan prezidenti çıxış edərkən raket atıldı

Əfqanıstan prezidenti Əşrəf Qəninin auditoriya qarşısında çıxışı zamanı paytaxt Kabul raket hücumuna məruz qalıb.

XALQ.AZxəbər verir ki, hücumun hədəfinin prezident iqamətgahı olduğu bildirilir.

Raketlərin yerli vaxtla saat 9-da (Bakı vaxtı ilə 08:30-da) prezidentin Qurban bayramı münasibəti ilə çıxışı zamanı atıldığı qeyd edilir.

“Bəzi qruplar var ki, hələ də təcavüzü davam etdirirlər. Onlar raketlərlə Əfqanıstanın inkişafının qarşısını ala bilməyəcəklər” – Qəni bildirib.

Təhlükəsizlik xidmətinin əməkdaşları raketlərin atıldığı yeri müəyyən edərək iki terrorçunu məhv ediblər.

Hazırda təhlükəsizlik qüvvələri ilə qruplaşma arasında döyüşlər davam edir.

Şəhərə dəymiş zərər və itkilər barədə hələ ki heç bir məlumat verilməyib.

Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.