Əli Əhmədov Pavel Flip ilə görüşüb

Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov oktyabrın 5-də Kişineuda Moldovanın Baş naziri Pavel Flip ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə Azərbaycan ilə Moldova arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əli Əhmədov bildirib ki, ölkələrimiz GUAM çərçivəsində dinamik əməkdaşlıq edir, beynəlxalq təşkilatlarda eyni mövqe tuturlar. Baş nazirin müavini Azərbaycan iqtisadiyyatının son nailiyyətlərindən, dövlətimizin təşəbbüsü ilə həyata keçirilən qlobal energetika və nəqliyyat layihələrindən danışıb. Eyni zamanda, vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ağır vəziyyəti ölkəmiz üçün başlıca problem olaraq qalır.

 

 

Orxan