Əli Əhmədov: “Prezident İlham Əliyevin rəhbərliyi ilə…”

“2004-cü ildən bu günədək 2 milyona yaxın yeni iş yeri açılıb”

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir”.

XALQ.AZ xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Ağcabədi rayonunda keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində böyük islahatlar, özünüməşğulluq proqramları həyata keçirilir: “2004-cü ildən bu günədək 2 milyona yaxın yeni iş yeri açılıb və insanlar işlə təmin olunublar. Bununla da insanların rifah halı yaxşılaşıb. Bu gün Azərbaycanda elektrik enerjisi, qaz və su problemi yoxdur. Bölgələrdə yeni içməli su təchizatı və kanalizasiya sistemləri qurulur”.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.