Əli Hüseynlinin 50 yaşı parlamentdə qeyd edilib

Milli Məclisin deputatları parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlini 50 illik yubileyi münasibəti ilə təbrik edib.

 

XALQ.AZ  xəbər verir ki, millət vəkili Tahir Kərimli həmkarı Əli Hüseynlinin 50 yaşının tamam olduğunu deyib və onu peşəkar hüquqşünas kimi xarakterizə edib.

Millət vəkili bildirib ki, hələ 1992-ci ildən Əli Hüseynli tanıyır:

“Biz birlikdə Ali Məhkəmədə işləmişik. Onu alicənab, savadlı insan kimi izləmişəm. Onu son 3 ildə daha yaxından izləyə bilirəm. Yaçlı adamam, ondan umacağım bir şey yoxdur. Amma onun simasında Azərbaycanda körkəmli şəxsiyyətlərin simasını görürəm. Sabah biz ölüb gedəndə Azərbaycan etibarlı əllərdə olacaq. Çünki belə savadlı hüquqşünaslarımız var”.

Tahir Kərimlinin çıxışından sonra parlament üzvləri alqışla Əli Hüseynlinin doğum günü münasibətilə təbrik edib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.