Əli Kərimli ifşa oldu – Video

Bu gün Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib.

Xalq.az xəbər verir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi yürüşə on minlərlə insan qatılıb.

Bu məqamda da xalqın yanında olmayan bir qrup radikal müxalifət nümayəndəsi sonradan Əli Kərimlinin arxasında Xocalı abidəsinə doğru hərəkət edib – cəmi 5-10 nəfər.

Hər şey açıq-aşkar ortadadır: xalqın kimin arxasınca getdiyi tam aydın görünür. Bugünkü mənzərə onu göstərir ki, radikal müxalifətin kütlənin onların arxasınca getdiyi, xalqın fikrini, rəyini ifadə etdikləri barədə iddiaları cəfəngiyyatdır.

Niyə 5-10 nəfər? Cavabı çox sadədir, çünki havadarları bu aksiya üçün Ə.Kərimliyə pul ayırmayıblar. Bununla da Ə.Kərimlinin “arxamızca on minlər gəlir” iddiası ifşa olundu.


Comments are closed.