Əliyev Paşinyanla görüşünün tarixi və yeri açıqlandı

Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

XALQ.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə diplomatik mənbədən məlumat daxil olub.

“Görüş həmsədrlərin vasitəçiliyi ilə martın 29-da Vyanada baş tuta bilər” – deyə mənbə məlumat verib.

Xatırladaq ki, Minsk Qrupunun regiona son səfəri zamanı rəsmi Bakı və Yerevan ikitərəfli görüşə razılıq vermişdi.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.