“Əminəm ki, İnnovasiya Həftəsi çərçivəsində təşkil olunan bu tədbir uğurlu olacaq”

Xalq.az-ın ONA.az-a istinadən məlumatına görə, bu sözləri bu gün “Monex Caspian” sammitində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.
Nazir deyib ki, bankların rəqəmli transformasiyasının sürətləndirilməsi vacibdir: “Maliyyə texnologiyalarının inkişafında startaplar mühüm rol oynayır. Nazirlik bir neçə ildir ki, startapları qrant əsasında maliyyələşdirir. Artıq ölkəmizdə maliyyə texnologiyaları üzrə startaplar həyata keçirilir. Nazirliyin tərkibindəki İnnovasiya Agentliyi bu sahədə startapların maliyyələşdirilməsində mühüm rol oynaya bilər “.
Ramin Quluzadə nəzərə çatdırıb ki, maliyyə-bank sistemində kibertəhlükəsizlik mühüm rol oynayır: “Kibertəhlükəsizliyə cavabdeh qurumlar yaradılıb, bu sahədə Milli Kibertəhlükəsizlik Strategiyasının yaradılması istiqamətində iş aparılır. Nazirlik bu istiqamətində təşəbbüslərə dəstək verir”.