Ən az və ən çox deputatlığa namizəd qeydə alınan dairələr – SİYAHI

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edənlərin 50 %-dən çoxunun namizədliyi qeydiyyata alınıb.

XALQ.AZ Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytına istinadən xəbər verir ki, parlament seçkilərində namizədlik üçün 2431 nəfər müraciət edib. Artıq 1279 nəfərin namizədliyi qeydə alınıb.

Hazırkı nəticəyə görə, səkkiz seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı qeydə alınıb. Bunlar 1 saylı Şərur-Sədərək, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 5 saylı Şahbuz-Babək, 6 saylı Culfa-Babək, 7 saylı Ordubad-Culfa, 53 saylı Quba-Qusar, 55 saylı Xaçmaz şəhər, 105 saylı Tovuz seçki dairələridir.

1 və 3 saylı dairənin hər birindən namizədliyi irəli sürülən 3 nəfər qeydə alınıblar. 5 saylı dairədən 4 nəfər, 6 saylı dairədən 5 nəfər, 7 saylı dairədən 4 nəfər, 53 saylı dairədən 18 nəfər, 55 və 105 saylı dairələrin hər birindən 9 nəfər namizədliyi irəli sürülən şəxslər artıq qeydə alınıblar.

Deputatlığa namizədlərin ən çox qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/